Əsas məzmuna keç

İlham Əliyev “Yeni Daşkənd”lə tanış olub

İlham Əliyev “Yeni Daşkənd”lə tanış olub

Özbəkistanın nəhəng şəhərsalma layihəsi nələri dəyişəcək? Trigenerasiya texnologiyası və 260 min iş yeri ilə diqqət çəkən kompleksin detalları məlum olub.

en ru

Avqustun 23-də Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni ”lə tanış olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, layihə ölkə iqtisadiyyatını, investisiya siyasətini, sistemini, təhsili, ekologiyanı və rəqəmsal texnologiyaları vahid məkanda birləşdirən yeni şəhərsalma modelidir. Layihə tam yekunlaşdıqdan sonra 260 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda tikinti sahələrində 10 mindən çox işçi çalışır. “Yeni Daşkənd”də tətbiq edilən mühüm innovativ həllərdən biri elektrik enerjisinin istehsalı, istilik və soyutma proseslərinin vahid texnoloji zəncir çərçivəsində idarə olunduğu trigenerasiya texnologiyasıdır.

Ərazidə 60-dan çox dövlət qurumu üçün müasir inzibati binalar, mehmanxanalar, restoranlar, xidmət mərkəzləri, biznes kompleksləri, turizm obyektləri, “Yeni ” Universiteti, Özbəkistan Milli Kitabxanasının yeni kompleksi, elmi laboratoriyalar, multimedia mərkəzləri, muzeylər, idman qurğuları və tələbə şəhərciyi inşa edilir. Burada inşa olunan “Şərq Baharı” kompleksi Mərkəzi Asiyanın ən iri yaşayış layihələrindən biri olacaq. Ərazisi 95 hektar olan kompleksdə təxminən 15 min mənzilin inşası planlaşdırılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…