Operativ Məlumat Mərkəzi

Hərbi attaşelər “N” hərbi hissəsini ziyarət ediblər

1 dəq
Paylaş:
Hərbi attaşelər “N” hərbi hissəsini ziyarət ediblər

Müdafiə nazirinin təsdiq etdiyi illik planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş attaşeləri üçün Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Müdafiə Nazirliyindən məlumat verilib.

İyirmi iki dövlətin hərbi attaşelik aparatının nümayəndələrinə hərbi hissənin əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub, Vətən müharibəsi zamanı PUA-ların tətbiqi ilə bağlı videoçarxlar nümayiş etdirilib, sonra onları maraqlandıran suallar cavablandırılıb.
Səfər çərçivəsində qonaqlara Ordusunun arsenalında yer alan bəzi pilotsuz uçuş aparatları olaraq göstərilib, onların taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə çəkdirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr