Əsas məzmuna keç

Hərbi attaşelər “N” hərbi hissəsini ziyarət ediblər

Hərbi attaşelər “N” hərbi hissəsini ziyarət ediblər

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava...

Müdafiə nazirinin təsdiq etdiyi illik planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş attaşeləri üçün Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Müdafiə Nazirliyindən məlumat verilib.

İyirmi iki dövlətin hərbi attaşelik aparatının nümayəndələrinə hərbi hissənin əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub, Vətən müharibəsi zamanı PUA-ların tətbiqi ilə bağlı videoçarxlar nümayiş etdirilib, sonra onları maraqlandıran suallar cavablandırılıb.
Səfər çərçivəsində qonaqlara Ordusunun arsenalında yer alan bəzi pilotsuz uçuş aparatları olaraq göstərilib, onların taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə çəkdirilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…