Əsas məzmuna keç

Hərbi Prokurorluq DSX-nin hospitalını və hərbi hissələrini ziyarət etdi

Hərbi Prokurorluq DSX-nin hospitalını və hərbi hissələrini ziyarət etdi

Silahlı Qüvvələrin peşə bayramı münasibətilə keçirilən görüşdə Vətən müharibəsi qəhrəmanlarının durumu və sərhədçilərin xidmət şəraiti diqqət mərkəzində olub.

en ru

Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü ilə bağlı Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri tərəfindən Dövlət Sərhəd Xidmətinin hospitalında müalicə olunan və hərbi hissələrdə edən sərhədçilər ziyarət olunub, bayramları təbrik edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ziyarətçilər görüş zamanı , Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, o cümlədən Silahlı Qüvvələrin formalaşmasından, Vətən müharibəsində əldə olunan möhtəşəm qələbədən, hərbçilərə göstərilən və qayğıdan bəhs edib, habelə hospitalda müalicə olunan hərbi qulluqçuların müalicə prosesi və hərbi hissələrdə xidmət şəraiti ilə maraqlanıb.

Ardınca, hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib. Sərhədçilər yaradılan şəraitə, həmçinin göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.





OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…