Operativ Məlumat Mərkəzi

31 il sonra nəşi tapılmış Nurəli Abdullayevlə vida mərasimi keçirilib - YENİLƏNİB

2 dəq
Paylaş:
31 il sonra nəşi tapılmış Nurəli Abdullayevlə vida mərasimi keçirilib - YENİLƏNİB
mərhum yaylım atəşi və Dövlət Himninin sədaları altında Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn...

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Nurəli Hacıbaba oğlu Abdullayev dəfn olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mərhum yaylım atəşi və Dövlət Himninin sədaları altında Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidlərin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhid Nurəli Abdullayevin məzarına tər güllər düzülüb.

12:35***

Suraxanı rayonunun Bülbülə qəsəbəsində Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Nurəli Hacıbaba oğlu Abdullayev ilə vida mərasimi başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün Bülbülə qəsəbəsində yerləşən Şəhidlər xiyabanına gətirilib.

11:50***

Suraxanı rayonunun Bülbülə qəsəbəsində Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Abdullayev Nurəli Hacıbaba oğlu ilə vida mərasimi keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, qəsəbə sakinləri, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

O, Bülbülə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər