Əsas məzmuna keç

Azad edilmiş ərazilərdə 23 min hektardan çox sahə minalardan təmizlənib

Azad edilmiş ərazilərdə 23 min hektardan çox sahə minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Qarabağ və Şərqi Zəngəzurda minatəmizləmə işlərini davam etdirir. İndiyədək zərərsizləşdirilən partlayıcı qurğuların statistikası açıqlanıb.

en ru

Cari ildə ümumilikdə 23 min 335 ərazi və partlamamış hərbi sursatlardan təmizlənərək təhlükəsiz vəziyyətə gətirilib. Bu barədə məlumat Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” mövzulu tədbirdə səsləndirilib.

Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov bildirib ki, 2026-cı ilədək aşkarlanan partlayıcıların sayı aşağıdakı kimidir:

  • Piyadaəleyhinə minalar: 1447 ədəd
  • Tankəleyhinə minalar: 542 ədəd
  • Partlamamış hərbi sursatlar: 12 min 302 ədəd

Samir Poladov qeyd edib ki, humanitar minatəmizləmə fəaliyyəti təkcə ərazinin təhlükəsizliyinin təmin olunması deyil, həm də keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı, sosial-iqtisadi reinteqrasiya və regionda davamlı sülhün bərqərar olması üçün mühüm şərtdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…