Operativ Məlumat Mərkəzi

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib

2 dəq
Paylaş:
İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib
Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib."Operativ Məlumat Mərkəzi-OMM"-in Əsir və itkin düşmüş,...

Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən xəbərinə görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4004 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Onlardan 3998 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir.

I Qarabağ müharibəsində itkin düşən 3998 nəfərdən 3217 nəfəri hərbçilər, 781 (71 uşaq, 287 qadın, 334 qoca) mülki şəxsdir. İtkin düşən şəxslərdən 3710 nəfər kişi, 288 nəfər isə qadındır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində itkin düşmüş 203 nəfər itkin-şəhidin şəxsiyyəti müəyyən edilərək dəfn olunması üçün ailələrinə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər