Operativ Məlumat Mərkəzi

Hərbçilərin pensiyaları nə üçün gecikir? - RƏSMİ AÇIQLAMA

2 dəq
Paylaş:
Hərbçilərin pensiyaları nə üçün gecikir? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda hərbçilərin hələ də avqust ayının pensiyasını ala bilməmələri ilə bağlı var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

İddia olunur ki, hər ayın 15-i hərbçilərə pensiya olunsa da, bu ay yubanma olub. Avqustun 16-sı Dövlət Sərhəd , Daxili Qoşunlarda xidmət etmiş hərbçilərinin pensiyaları verilsə də, digər hərbçilər hələ də pensiya ala bilməyiblər.

Yaranmış problemlə əlaqədar Dövlət Fondundan "qafqazinfo"ya belə cavab verilib: “Pensiyaların ödənişində hər hansı bir gecikmə yoxdur. Respublika üzrə avqust ayının pensiylarının ödənişi davam etdirilir. Avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə, avqustun 15-dən isə respublikanın ayrı-ayrı rayonlarında qeydiyyatda olan pensiyaçıların pensiyaları ödənilib.

Güzəştli şərtlərlə pensiya alan şəxslərin pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb. Ödəniş isə banklar vasitəsi ilə davam etdirilir. Günün sonunadək proses tam başa çatdırılacaq”.

Fonddan həmçinin bildirilib ki, avqust ayı başa avqust ayının pensiyalarının ödənişi yekunlaşdırılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax