Əsas məzmuna keç

Hərbçilərin pensiyaları nə üçün gecikir? - RƏSMİ AÇIQLAMA

Hərbçilərin pensiyaları nə üçün gecikir? - RƏSMİ AÇIQLAMA

bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. İddia olunur ki, hər ayın 15-i hərbçilərə pensiya ödənişi olunsa da, bu ay yubanma olub. Avqustun 16-sı...

Azərbaycanda hərbçilərin hələ də avqust ayının pensiyasını ala bilməmələri ilə bağlı şikayətlər var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

İddia olunur ki, hər ayın 15-i hərbçilərə pensiya olunsa da, bu ay yubanma olub. Avqustun 16-sı Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlarda xidmət etmiş hərbçilərinin pensiyaları verilsə də, digər hərbçilər hələ də pensiya ala bilməyiblər.

Yaranmış problemlə əlaqədar Dövlət Fondundan "qafqazinfo"ya belə cavab verilib: “Pensiyaların ödənişində hər hansı bir gecikmə yoxdur. Respublika üzrə avqust ayının pensiylarının ödənişi davam etdirilir. Avqustun 9-da və Sumqayıt şəhərləri, eləcə də rayonu üzrə, avqustun 15-dən isə respublikanın ayrı-ayrı rayonlarında qeydiyyatda olan pensiyaçıların pensiyaları ödənilib.

Güzəştli şərtlərlə pensiya alan şəxslərin pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb. Ödəniş isə banklar vasitəsi ilə davam etdirilir. Günün sonunadək proses tam başa çatdırılacaq”.

Fonddan həmçinin bildirilib ki, avqust ayı başa avqust ayının pensiyalarının ödənişi yekunlaşdırılacaq.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…