Operativ Məlumat Mərkəzi

HƏMAS ABŞ-ı Qəzzadakı münaqişəyə son qoyması üçün İsrailə təzyiq etməyə çağırır

2 dəq
Paylaş:
HƏMAS ABŞ-ı Qəzzadakı münaqişəyə son qoyması üçün İsrailə təzyiq etməyə çağırır

Fələstinin HƏMAS hərəkatının yüksək səviyyəli nümayəndəsi Sami Əbu Zuhri ABŞ-ı hərbi əməliyyatı dayandırması üçün İsrailə göstərməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müvafiq bəyanat ABŞ Antoni Blinkenin regiona planlaşdırılan səfəri ərəfəsində verilib.

Blinken iyunun 10-da Misir və İsrailə səfər edəcək.

"Biz ABŞ administrasiyasını Qəzza zolağında müharibəni dayandırmaq üçün işğalçılara təzyiq göstərməyə çağırırıq və HƏMAS müharibəyə son qoyacaq istənilən təşəbbüsə müsbət cavab verməyə hazırdır", - deyə HƏMAS sözçüsü bildirib.

Oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının minlərlə silahlı yaraqlısının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət daha da gərginləşib.

Buna cavab olaraq İsrailin Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax