Operativ Məlumat Mərkəzi

"Danimarka hökuməti Trampın təhdidlərini ciddi qəbul edir" - KİV

2 dəq
Paylaş:
"Danimarka hökuməti Trampın təhdidlərini ciddi qəbul edir" - KİV
Kopenhagen bu açıqlamaları sadəcə ritorika və ya danışıqlar taktikası kimi qəbul etmir.Məlumata görə, vəziyyətlə tanış olan mənbələr Danimarka...

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək barədə səsləndirdiyi fikirlər Danimarka hökuməti tərəfindən ciddi təhlükə kimi qiymətləndirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" “Bloombergə istinadən xəbər verir ki, Kopenhagen bu açıqlamaları sadəcə ritorika və ya danışıqlar taktikası kimi qəbul etmir.

Məlumata görə, vəziyyətlə tanış olan mənbələr Danimarka hökumətinin Trampın bəyanatlarından ciddi şəkildə narahat olduğunu bildiriblər. “Bloomberg” yazır ki, rəsmi Kopenhagen ABŞ Prezidentinin təhdidlərini real risk kimi dəyərləndirir.

Jurnalistlər qeyd edirlər ki, Danimarka siyasətçilərinin son dövrlərdə verdiyi açıq bəyanatlar bu narahatlığı açıq şəkildə əks etdirir. Bununla yanaşı, Danimarka hökuməti gərginliyin daha da artmaması üçün mövqeyini ehtiyatla ifadə edir.

Xatırladaq ki, 2026-cı ilin yanvarında ABŞ Prezidenti Donald Tramp ABŞ-nin həm öz təhlükəsizliyi, həm də Avropa İttifaqının müdafiəsi baxımından Qrenlandiyaya ehtiyacı olduğunu bildirib. ABŞ Dövlət katibinin müavini Stiven Miller isə Vaşinqtonun Danimarkanın Qrenlandiya üzərində nəzarətinin hüquqi əsaslarına tam əmin olmadığını vurğulayıb.

Danimarkanın Baş naziri Mette Frederiksen bəyan edib ki, bir NATO ölkəsinin digər NATO ölkəsinə hücum etməsi alyansın mövcudluğunu sual altına alar. Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen isə ABŞ administrasiyasının mövcud ritorikasını “tamamilə qəbuledilməz”, “səhv” və “hörmətsiz” adlandırıb. Avropa Komissiyası da Danimarkanın suverenliyi və ərazi bütövlüyünə tam dəstək verdiyini açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər