Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Papa XIV Leo Donald Trampın tənqidlərinə cavab verdi

2 dəq
Paylaş:
Papa XIV Leo Donald Trampın tənqidlərinə cavab verdi

XIV ABŞ prezidenti Trampın ona ünvanladığı tənqidlərə cavab verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Vatikanın rəsmi informasiya platforması "Vatican News" məlumat yayıb.

Tramp daha əvvəl onun siyasətinə qarşı çıxan bir papaya ehtiyac olmadığını bildirmişdi. Buna cavab olaraq Katolik Kilsəsinin rəhbəri öz missiyasının dəyişməz olduğunu vurğulayıb.

“Katolik Kilsəsinin missiyası Müjdəni təbliğ etmək, sülhü təşviq etməkdir. Əgər kimsə məni buna görə tənqid etmək istəyirsə, qoy bunu dürüst şəkildə etsin. Sadəcə ümid edirəm ki, səsim eşidiləcək”, – deyə pontifik bildirib.

Məlumata görə, Tramp bir neçə dəfə bəyan edib ki, əgər o, Ağ Evdə olmasaydı, Papa XIV Leo Vatikan rəhbəri olmazdı. Bu açıqlamalar bir sıra siyasətçilər tərəfindən tənqid olunub.

Eyni zamanda bildirilib ki, ABŞ lideri ona qarşı çıxan şəxsləri dəstəkləməkdən imtina edə biləcəyini də vurğulayıb.

Qeyd edək ki, Papa XIV Leo ABŞ-nin İrana münasibətdə siyasətini də tənqid edib və İran xalqına qarşı təhdidləri qəbuledilməz adlandırıb. O bildirib ki, hökmranlıq istəyi Məsihin yolu ilə uyğun gəlmir.

Bundan əvvəl ABŞ Marko Rubionun ABŞ–İtaliya münasibətlərində gərginliyi azaltmaq məqsədilə 7–8 may tarixlərində Roma və Vatikana səfər edəcəyi açıqlanmışdı.

Mediada yayılan məlumatlara görə, dialoq Trampın Papa XIV Leo və İtaliyanın Corcio Melonini tənqid etməsindən sonra daha da gərginləşib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax