Əsas məzmuna keç

HƏMAS ABŞ-ı Qəzzadakı münaqişəyə son qoyması üçün İsrailə təzyiq etməyə çağırır

HƏMAS ABŞ-ı Qəzzadakı münaqişəyə son qoyması üçün İsrailə təzyiq etməyə çağırır

müvafiq bəyanat ABŞ dövlət katibi Antoni Blinkenin regiona planlaşdırılan səfəri ərəfəsində verilib. Blinken iyunun 10-da Misir və İsrailə səfər edəcək....

Fələstinin hərəkatının yüksək səviyyəli nümayəndəsi Sami Əbu Zuhri ABŞ-ı hərbi əməliyyatı dayandırması üçün İsrailə göstərməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müvafiq bəyanat ABŞ Antoni Blinkenin regiona planlaşdırılan səfəri ərəfəsində verilib.

Blinken iyunun 10-da Misir və İsrailə səfər edəcək.

"Biz ABŞ administrasiyasını Qəzza zolağında müharibəni dayandırmaq üçün işğalçılara təzyiq göstərməyə çağırırıq və HƏMAS müharibəyə son qoyacaq istənilən təşəbbüsə müsbət cavab verməyə hazırdır", - deyə HƏMAS sözçüsü bildirib.

Oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının minlərlə silahlı yaraqlısının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət daha da gərginləşib.

Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…