Operativ Məlumat Mərkəzi

Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

2 dəq
Paylaş:
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

Aprelin 3-də gözlənilən açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 5-10° , gündüz 0-5° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax