Operativ Məlumat Mərkəzi

Hataydakı Koordinasiya Mərkəzində iclas keçirilib

2 dəq
Paylaş:
Hataydakı Koordinasiya Mərkəzində iclas keçirilib

Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və -xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin bir qrupu bu gün Hatay bölgəsinə göndərilib.

FHN-dən "Operativ Məlumat Mərkəzi - OMM"-yə verilən məlumata görə, bu çərçivədə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Hatayda Fövqəladə hallar üzrə Mərkəzində Türkiyənin naziri Süleyman Soylunun iştirakı ilə keçirilən toplantıya qoşulub. Toplantıda zəlzədən ciddi ziyan çəkmiş Hatay bölgəsində mövcud vəziyyət, görüləcək işlər, o cümlədən Azərbaycan FHN-in xilasetmə qüvvələri tərəfindən bölgədə aparılacaq axtarış-xilasetmə əməliyyatlarının istiqamətləri müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.

Bundan əlavə, Türkiyə daxili işlər nazirinin müavini, Hatay Fövqəladə hallar üzrə Koordinasiya Mərkəzinin rəhbəri İsmayıl Çataklı ilə keçirilən təkbətək görüşdə FHN qüvvələrinin axtarış-xilasetmə əməliyyatları və atılacaq sonrakı addımlar geniş müzakirə edilib.

Türkiyəli rəsmilər göstərilən dəstəyə və yardıma görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürlərini bildiriblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax