Hataydakı Koordinasiya Mərkəzində iclas keçirilib

Hataydakı Koordinasiya Mərkəzində iclas keçirilib
17.02.2023 17:31
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin bir qrupu bu gün Hatay bölgəsinə göndərilib.

FHN-dən "Operativ Məlumat Mərkəzi - OMM"-yə verilən məlumata görə, bu çərçivədə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Hatayda yerləşən Fövqəladə hallar üzrə Koordinasiya Mərkəzində Türkiyənin daxili işlər naziri Süleyman Soylunun iştirakı ilə keçirilən toplantıya qoşulub. Toplantıda zəlzədən ciddi ziyan çəkmiş Hatay bölgəsində mövcud vəziyyət, görüləcək işlər, o cümlədən Azərbaycan FHN-in xilasetmə qüvvələri tərəfindən bölgədə aparılacaq axtarış-xilasetmə əməliyyatlarının istiqamətləri müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.

Bundan əlavə, Türkiyə daxili işlər nazirinin müavini, Hatay Fövqəladə hallar üzrə Koordinasiya Mərkəzinin rəhbəri İsmayıl Çataklı ilə keçirilən təkbətək görüşdə FHN qüvvələrinin axtarış-xilasetmə əməliyyatları və atılacaq sonrakı addımlar geniş müzakirə edilib.

Türkiyəli rəsmilər göstərilən dəstəyə və yardıma görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürlərini bildiriblər.

Həftənin ən çox oxunanları

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib
DAVAMIN OXU davamın oxu

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb
DAVAMIN OXU davamın oxu

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək
DAVAMIN OXU davamın oxu

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır
DAVAMIN OXU davamın oxu

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb
DAVAMIN OXU davamın oxu