Operativ Məlumat Mərkəzi

H.Hacıyev: “Ermənistanın XİN rəhbərinin paylaşımı riyakarlıqdan başqa bir şey deyil”

2 dəq
Paylaş:
H.Hacıyev: “Ermənistanın XİN rəhbərinin paylaşımı riyakarlıqdan başqa bir şey deyil”

"Ermənistanın XİN rəhbərinin paylaşımı riyakarlıqdan başqa bir şey deyil".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri tviterdə Ermənistanın naziri Ararat Mirzoyanın paylaşımına münasibət bildirərkən qeyd edib.

“Birincisi, yerli polis valideynlərinin nəzarətsizliyi səbəbilə iki azyaşlının səhlənkarlıq və avtomobildəki yüksək temperatur nəticəsində yuxudaykən öldüyünü təsdiqləyib. Bu, riyakarlıqdan başqa bir şey deyil. İkincisi, Laçın sərhəd- məntəqəsi fəaliyyət göstərir və ümumiyyətlə bunun bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Üçünçüsü, xarici işlər naziri, yəqin ki, Laçın sərhəd-buraxılış məntəqəsini qeyd etməklə, guya Qarabağda ərzaq qıtlığı varmış kimi yanıltmağa çalışır. Amma Xankəndi restoranından olan videoda bunun əksi görünür”, - o vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax