Əsas məzmuna keç

FHN-in bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib

FHN-in bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər zirvəsi”nə yürüş edib. Bu...

Fövqəladə Hallar Nazirliyinin (FHN) bir əməkdaşı Ümummilli Heydər Əliyevin 100 yubileyi münasibətilə “Heydər zirvəsi”nə edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in Xidmətindən məlumat verilib.

Bildirilib ki, yürüş iştirakçıları Xınalıq kəndindən hərəkətə başlayaraq, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən sərt və mürəkkəb relyefə malik “Heydər zirvəsi”nə qalxaraq, Ulu Öndərin unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünü əks etdirən xatirə lövhəsi zirvəyə yerləşdirilib və Azərbaycanın Dövlət Bayrağı ilə bərabər FHN-in rəmzi olan bayraq zirvədə dalğalandırılıb.

Foto qalereya

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…