Operativ Məlumat Mərkəzi

Ərzaq daşıyan gəmi Qəzzaya çatıb

1 dəq
Paylaş:
Ərzaq daşıyan gəmi Qəzzaya çatıb

Aclıqdan çəkən fələstinlilər üçün “Open Arms” gəmisi Qəzza sahillərinə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu, qıtlığın astanasında olan fələstinlilərə su yolu ilə ilk belə yardımdır.

200 ton ərzaq daşıyan gəmi 3 gün əvvəl Kiprin Larnaka limanından yola düşüb.

Humanitar yardım əsasən Birləşmiş Ərəb Əmirlikləri tərəfindən maliyyələşdirilən və ABŞ-da “World Central Kitchen” xeyriyyə təşkilatının təşəbbüsü ilə həyata keçirilib.

Yaxın günlərdə daha bir yardım gəmisinin Qəzza sahillərinə göndərilməsi planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax