Operativ Məlumat Mərkəzi

Ermənistanda genişmiqyaslı yanğın Tavuş istiqamətinə yayılıb, helikopterlər cəlb olunub

2 dəq
Paylaş:
Ermənistanda genişmiqyaslı yanğın Tavuş istiqamətinə yayılıb, helikopterlər cəlb olunub

Ermənistanda Qegarkunik bölgəsində başlayan genişmiqyaslı yanğın istiqamətinə yayılıb və artıq Milli Parkına çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə mediası Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Ermənistan DİN-in məlumatına görə, –Ttuducur ərazisində iki ocaq söndürülüb, digərləri lokallaşdırılıb.

Bununla yanaşı, “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan yanğının Dilican parkına Semenovka icmasına yaxınlaşdığını və küləyin vəziyyəti ağırlaşdırdığını bildirib. O, əhaliyə birgə mübarizə üçün çağırış edib.

Bildirilir ki, 669 yanğınsöndürən, ekopatrulun 215 əməkdaşı və yerli sakinlər Dilican ətrafında otlaqları əhatə edən yanğının söndürülməsinə cəlb olunub.

Dilicanın icra başçısı David Sarkisyan yanğının xilasedicilər və könüllülərin iştirakı ilə söndürüldüyünü deyib. Səhər saatlarında əlavə qüvvələrin cəlb ediləcəyi açıqlanıb.

Dilican meşələrindəki yanğını söndürmək üçün Ermənistan Hərbi Hava Qüvvələrinin bir neçə helikopteri cəlb olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax