Əsas məzmuna keç

Gürcüstanda 121 nəfər saxlanıldı

Gürcüstanda 121 nəfər saxlanıldı

Tbilisi və digər regionlarda keçirilən genişmiqyaslı əməliyyatlar zamanı saxlanılan şəxslərin cinayət əməlləri məlum olub. Gürcüstan DİN-in təfərrüatları.

en ru

Gürcüstanda genişmiqyaslı əməliyyatlar zamanı narkotik cinayətləri ilə əlaqədar 121 nəfər saxlanılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Mərkəzi Polisi Departamentinin direktoru David Kiknadze brifinqdə məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlardan 59-u narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinir. Onların arasında həm , həm də xarici ölkə vətəndaşları var.

Saxlanılanların üzərində, yaşayış yerlərində və vasitələrində aparılan axtarışlar zamanı satış üçün hazırlanmış külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən metadon, alfa-PVP, kokain, ketamin, buprenorfin, marixuana və kannabis aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bundan başqa, narkotiklərin qablaşdırılması üçün istifadə olunan materiallar, elektron tərəzilər və narkotik satışından əldə edildiyi ehtimal olunan pul vəsaitləri də müsadirə edilib.

Faktlarla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır. Təqsirli bilinən şəxsləri 20 ilədək və ya azadlıqdan məhrumetmə cəzası gözləyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…