Operativ Məlumat Mərkəzi

DSX-nin hərbi qulluqçusunun ölümü ilə bağlı cinayət işi başlanılıb

2 dəq
Paylaş:
DSX-nin hərbi qulluqçusunun ölümü ilə bağlı cinayət işi başlanılıb

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsənli Rasim Raməddin oğlunun ölüm faktı əsasında prokurorluq əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri hərəkətlər icra edilib.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, faktla bağlı Bakı hərbi prokurorluğunda Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz borcuna vicdansız və ya laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılaraq aparılır.

Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax