Əsas məzmuna keç

DTX xarici ölkəyə işləyən şəxsi həbs etdi

DTX xarici ölkəyə işləyən şəxsi həbs etdi

bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında deyilir.Məlumata görə, xarici xüsusi xidmət orqanlarının Azərbaycan...

ru

Xarici xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi şəxs ifşa olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, xarici xüsusi xidmət orqanlarının Respublikasının milli təhlükəsizliyinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Fərzəliyev Siyafət Heydər oğlunun dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranmışdır.

Araşdırmalarla müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkə ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş, ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində hərbi və digər strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaq xarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim etmişdir.

Həmçinin qeyd olunan şəxsin yaşadığı mənzilə baxış keçirilərkən oradan “Kalaşnikov” tipli avtomat silahının ayrı-ayrı hissələri aşkarlanaraq götürülmüşdür.

Siyafət Fərzəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, doyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 274-cü (dövlətə xəyanət) maddələri ilə məsuliyyətə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində qətimkan tədbiri seçilmişdir.

Hazırda üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…