Əsas məzmuna keç

3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru tutuldu

3 nəfərin öldüyü yanğınla bağlı klinika direktoru tutuldu

Baş Prokurorluğun Mətbuat xidməti paytaxtın Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə nəticələnmiş yanğın faktı ilə əlaqədar başlanmış üzrə 1 nəfərin şübhəli şəxs qismində tutulmasına dair mediada yayılan məlumatları təsdiq edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

“Bununla yanaşı, nümayəndələri və ictimaiyyətə müraciət edərək bildiririk ki, zərərçəkmiş şəxslərin hüquqları nəzərə alınmaqla, istintaqın gedişinə dair qeyri-rəsmi mənbələrdən əldə olunan və dəqiqləşdirilməmiş həssas informasiyaların paylaşılması cəmiyyət arasında çaşqınlıq səbəb olur, eləcə də istintaqın obyektivliyinə zərər vurur.

Bütün rəsmi və təsdiqlənmiş məlumatlar qısa zamanda yalnız Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təqdim olunacaq.

Media nümayəndələri və istifadəçilərindən xahiş edirik ki, ibtidai istintaqla bağlı məlumat yayarkən qanunvericiliyin tələbləri rəhbər tutulmaqla, yalnız rəsmi mənbələrə istinad etsinlər, hüquqi əsası və təsdiqi olmayan informasiyaların yayılmasına yol verməsinlər.

İctimaiyyəti bir daha əmin edirik ki, cinayət işi üzrə istintaq tam, obyektiv və qanun çərçivəsində aparılır, nəticələr barədə əlavə məlumat veriləcəkdir”,- deyə məlumatda qeyd olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…