Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiyada 14 il əvvəl törədilmiş xüsusilə ağır cinayətlər üzrə ibtidai istintaq tamamlanıb

3 dəq
Paylaş:
Rusiyada 14 il əvvəl törədilmiş xüsusilə ağır cinayətlər üzrə ibtidai istintaq tamamlanıb

2012-ci il dekabrın 24-də Rusiya ərazisində Ələs Süleymanovun öldürülməsi və Səxavət Qurbanovun öldürülməsinə cəhd edilməsi faktları üzrə həmin ölkənin İstintaq Komitəsinin Moskva vilayəti üzrə İstintaq İdarəsinin Korolyov şəhər İstintaq Şöbəsində başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, zamanı toplanmış sübutlar əsasında 2013-cü il fevralın 21-də Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü İsmayıl-Nəcat Elgün Nazir oğlunun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub, istintaqdan yayındığına görə barəsində axtarış elan edilib.

2021-ci il avqustun 21-də cinayət işinin aidiyyəti üzrə Azərbaycana göndərilməsi barədə qərar qəbul olunub, Azərbaycanın Baş Prokurorluğuna daxil olduqdan sonra ibtidai istintaqın davam etdirilməsi üçün Gəncə Şəhər Prokurorluğuna göndərilib.

Gəncə Şəhər Prokurorluğunda aparılan istintaq zamanı İsmayıl-Nəcat Elgün Nazir oğlunun axtarışı davam etdirilib, həyata keçirilmiş -axtarış tədbirləri nəticəsində o, 2026-cı il fevralın 7-də saxlanılıb, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Gəncə Şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı toplanmış sübutlarla İsmayıl-Nəcat Elgün Nazir oğlunun aralarında yaranmış mübahisə səbəbindən qisas almaq məqsədilə Səxavət Qurbanovu öldürmək niyyəti ilə sonuncunun işlədiyi avtomobil təmiri servisinin qarşısında deşici-kəsici alətlə ona müxtəlif xəsarətlər yetirməsinə, hadisə zamanı Səxavət Qurbanovu müdafiə etmək məqsədilə ictimai borcunu yerinə yetirərək münaqişəyə müdaxilə etmiş Ələs Süleymanovu isə xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında İsmayıl-Nəcat Elgün Nazir oğluna Respublikası Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adamöldürmə), 29,120.2.10 (təkrar qəsdən adamöldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə yenidən ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax