Əsas məzmuna keç

Dirijor Ramiz Məlik-Aslanov Azərbaycan Prezidentinə məktub ünvanlayıb

Dirijor Ramiz Məlik-Aslanov Azərbaycan Prezidentinə məktub ünvanlayıb

Səhhətində son zamanlar problemlər yaşayan Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov müalicəsinə dövlət tərəfindən göstərilən dəstəyə görə, Azərbaycan...

Səhhətində son problemlər yaşayan Xalq artisti, Ramiz Məlik-Aslanov müalicəsinə dövlət tərəfindən dəstəyə görə, İlham Əliyevə məktub ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab , İlham Heydər oğlu Əliyev!

Dərin minnətdarlıq hissi ilə Sizə bu məktubu yazıram!

Sizin dəstəyiniz sayəsində mən vaxtında peşəkar həkimlərə müraciət edə bildim və bu, mənim həyat hekayəmdə həqiqətən də dönüş nöqtəsi oldu!

Ömrünü dirijor pultu arxasında keçirmiş, son zamanlar isə sevdiyim işdən məcburi olaraq uzaq qalmış bir insan kimi, göstərdiyiniz diqqət mənim üçün misilsiz mənəvi dayaq oldu, prosesin uğurlu nəticəsinə ümid və güc mənbəyinə çevrildi.

Sizin tərəfinizdən göstərilən bu qayğı və diqqət – ölkəmizin hər bir vətəndaşının taleyi üçün nə qədər böyük əhəmiyyət daşıdığınızın parlaq nümunəsidir və bu, fərəh və qürur hissi doğurmaya bilməz!

Dərin hörmətlə, bütün işlərinizdə yeni uğurlar arzulayaraq,

Sizə və ailənizə can sağlığı və rifah diləyərək,

Ramiz Məlik-Aslanov”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…