Əsas məzmuna keç

DİN: 51 cinayətin açılması təmin edilib

DİN: 51 cinayətin açılması təmin edilib

Noyabrın 5-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili...

Noyabrın 5-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 96, o cümlədən borclu şəxs qismində axtarışda olan 72, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 və dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 10 fakt edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirləri ilə ümumi çəkisi 1,4 kiloqramdan artıq və güclü təsiredici xassəyə malik 709 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 19 fakt müəyyən edilib. Polis əməkdaşları respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 2 avtomat silahı, 1 pulemyot, 17 tüfəng, 2 patron darağı, 1 mərmi və 1245 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər də saxlanılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…