Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Daşqınlar Çində fövqəladə tədbirlərin görülməsinə səbəb olub

1 dəq
Paylaş:
Daşqınlar Çində fövqəladə tədbirlərin görülməsinə səbəb olub

Çinin Daşqın və Quraqlıqla Mübarizə üzrə Dövlət Qərargahı və Çunsin əyalətlərində daşqınlarla mübarizə üçün dördüncü səviyyəli fövqəladə vəziyyət elan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Xinhua" agentliyi ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Hubey əyalətində daşqınların qarşısının alınmasına yardım göstərmək üçün əraziyə işçi qrup göndərilib.

Bundan başqa, 23-27 may tarixlərində əsas rayonlarda yeni güclü dalğası ilə əlaqədar daşqınlarla mübarizə tədbirlərinin görülməsi üçün nazirlik və qurumlarla məsləhətləşmələr aparıb.

Son məlumatlara görə, Çinin mərkəzi hissəsində güclü yağışlar nəticəsində həlak olanların sayı yeddi nəfərə çatıb, 14 nəfər itkin düşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax