Operativ Məlumat Mərkəzi

COP29 çərçivəsində “Gənc liderlik” forumu keçirilib

2 dəq
Paylaş:
COP29 çərçivəsində “Gənc liderlik” forumu keçirilib

COP29 çərçivəsində Gənc Məruzəçilər Akademiyası (YNA) tərəfindən “Gənc liderlər ” təşkil olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “YNA-nın COP29 Gənc Forumu” müxtəlif yanaşmaların qarşılıqlı əlaqəsini, təsirlərini və bir-birini necə tamamladığını öyrənərək, nəsillərarası ədaləti təmin etmək və qlobal iqlim siyasətini yönləndirmək üçün müzakirələr, təşviqat, lobbiçilik, birbaşa və digər sahələrdə fəaliyyət göstərən ən önəmli gənc iqlim liderlərini bir araya gətirib.

Tədbirdə ekoloji hüquq müdafiəçisi Enhun Biyambadorj, Fələstin gənclərini COP29-da təmsil edən Məhəmməd Usrof, BMT-nin İqlim və üzrə gənclərinin nümayəndəsi Siqurt Seindal Krabbe, Uqandada fəaliyyət göstərən “Yaxşı Həyat” təşkilatının icraçı direktoru Denis Akampurura və digər gənclər çıxış edərək iqlim dəyişiklikləri ilə bağlı mübarizə yollarından danışıblar. Müzakirədə gənclərin səslərinin harada, necə və hansı şəkildə ən təsirli formada eşitdirə biləcəyi və uğurla iqlim tədbirləri həyata keçirilməsi imkanları araşdırılıb.

Nəzərə çatdırılıb ki, iqlim dəyişikliyinin qarşısını almaq və sıfır emissiyaya nail olmaq üçün gənclər fəal olmalı və problemi beynəlxalq təşkilatlar, milli hökumətlər qaşşısında qaldırmalıdırlar.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: COP29

Hamısına bax