Əsas məzmuna keç

XİN: Türkiyəni COP31-ə ev sahibliyinə görə təbrik edirik

XİN: Türkiyəni COP31-ə ev sahibliyinə görə təbrik edirik

Xarici İşlər Nazirliyi Türkiyəni COP31-ə ev sahibliyi etmək üçün seçildiyinə görə təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirlik X-də paylaşım edib.

"Qardaş Türkiyəni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP31) Tərəflər Konfransının 31-ci sessiyasına ev sahibliyi etmək üçün seçildiyinə və Avstraliyanı Danışıqlar üzrə seçilməsi münasibətilə ürəkdən təbrik edirik. COP29-un Prezidenti olaraq, Azərbaycan bu vacib missiyanın uğurla həyata keçirilməsini dəstəkləmək üçün səylərini əsirgəməyəcək. Hər iki ölkəyə uğurlar arzulayırıq və ki, COP31 ilə mübarizədə qlobal səylərə mühüm töhfələr verəcək", - paylaşımda qeyd edilib.

Braziliyada keçirilən COP30 sammitində danışıqlara rəhbərlik edən Türkiyənin , şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, 2026-cı ildə keçiriləcək COP31-ə Türkiyənin sədrlik və ev sahibliyi edəcəyini açıqlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…