Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Suriya XİN rəhbəri ilə telefonla danışıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Ceyhun Bayramov Suriya XİN rəhbəri ilə telefonla danışıb - YENİLƏNİB

14 aprel 2025-ci il tarixində Respublikasının naziri ilə Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani arasında aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə XİN-dən məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycan-Suriya əlaqələri, regional vəziyyəti müzakirə olunub.

Nazirlər telefon danışığı zamanı Suriyada Əsəd rejiminin dağılmasından sonra Azərbaycanla-Suriya arasında geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildiriblər.

Uzun fasilədən sonra ölkəmizin Suriyada səfirliyinin işinin bərpasına göstərilən dəstəyə görə təşəkkür ifadə olunub. Suriyada sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərə toxunarkən, ölkəmizin Suriyanın bərpa prosesində iştirak niyyətinin, habelə Suriyaya göstərilən humanitar yardımın əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, Azərbaycan-Türkiyə-Suriya əməkdaşlıq formatının inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Suriya xarici işlər naziri Əsəd əl-Şeybani ilə telefon danışığı aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.

Enerji və Yenidənqurma Sektorunda Sabitlik

Telefon danışığı zamanı tərəflər enerji sektoru və yenidənqurma sahəsində sabitliyə nail olmağın, eləcə də siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Suriya hökumətinə dəstəyin vacibliyini vurğulayıblar.

Kommunikasiya və Qarşılıqlı Səfərlər

Bundan əlavə, rəsmi qurumlar arasında kommunikasiya kanallarının aktivləşdirilməsi və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşviq olunmasının əhəmiyyəti qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax