Operativ Məlumat Mərkəzi

Bayramov Rubio ilə danışdı

2 dəq
Paylaş:
Bayramov Rubio ilə danışdı
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb.Xarici İşlər...

Azərbaycan Respublikasının naziri ilə ABŞ Marko Rubio arasında aparılıb.

Xarici İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, eləcə də regional vəziyyət və Azərbaycan- normallaşma prosesi müzakirə edilib.

Ötən il avqustun 8-də keçirilən Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib, tərəflər layihənin qısa müddət ərzində razılaşdırılaraq imzalanacağına ümidvar olduqlarını bildiriblər. Bu istiqamətdə müəyyən ediləcək prioritetlərin iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə perspektivlər barədə ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimad quruculuğu tədbirləri təqdir olunub. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) icrası üzrə görülən işlərin əhəmiyyəti vurğulanıb.

Nazirlər bununla yanaşı digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax