Operativ Məlumat Mərkəzi

Cənubi Koreya meşə yanğınları ilə mübarizə aparır

3 dəq
Paylaş:
Cənubi Koreya meşə yanğınları ilə mübarizə aparır

Cənubi Koreyada tüğyan edən meşə yanğınlarının miqyası ötən günlə müqayisədə cümə axşamı iki dəfə artıb. Hakimiyyət orqanları ən azı 27 nəfərin ölümünə səbəb olan yanğınları ölkənin ən dəhşətli təbii fəlakəti adlandırıb. Yanğın tarixi məbədləri məhv edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Cənubi Koreyanın mərkəzi İyson qəzasında ən böyük yanğın nəticəsində 33 min hektardan çox ərazi yanıb. 2000-ci ilin martında yanğın 24 min hektar ərazini məhv edib.

“Biz bütün ölkə miqyasında kritik vəziyyətdəyik, meşə yanğınlarının görünməmiş sürətlə yayılması nəticəsində çoxsaylı insan tələfatı var”, - deyə səlahiyyətlərini icra edən Han Dok Su yanğınların aradan qaldırılması ilə bağlı hökumətin iclasında bildirib.

Hərbçilər ölkənin cənub-şərqində artıq bir həftədir yanğınların davam etdiyi dağlıq ərazilərdə yanğınlarla mübarizə üçün aviasiya yanacağı ehtiyatı ayırıb.

Nazirliyi üç bölgədə yanğınların söndürülməsi üçün 120-dən çox helikopterin cəlb etdiyini bildirib. dağlıq ərazisi olduğu üçün meşə yanğınları ilə mübarizə məqsədilə helikopterlərdən istifadə edir. Çərşənbə günü yanğını söndürərkən qəzaya uğrayan helikopterin pilotu həlak olub.

İysonda başlayan meşə yanğınları sürətlə şərqə doğru irəliləyir, demək olar ki, sahilə qədər güclü küləklərlə yayılıb, quru isə vəziyyəti daha da gərginləşdirir.

Meşə yanğınları Sinqapurun təxminən yarısına bərabər olan sahədə dağıdıcı iz qoyub, Şimali Könsan əyalətinin dağlıq meşəlik ərazilərindəki tarixi məbədlər və evlər də daxil olmaqla, yolunda olan hər şeyi məhv edib.

Yanğınsöndürənlər UNESCO-nun Ümumdünya İrsi obyektləri olan Hahve kəndini və 450 ildən çox əvvəl Andon şəhərində əsası qoyulmuş Pönsan Konfutsi Akademiyasını qorumaq üçün növbə çəkirlər.

Yanğınlar artıq digər tarixi yerlərə, o cümlədən 681-ci ildə tikilmiş İysondakı Qoyunsa məbədinin böyük hissəsinə ciddi ziyan vurub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax