Əsas məzmuna keç

Cəbrayılda hərbçinin həlak olması faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Cəbrayılda hərbçinin həlak olması faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Cəbrayılda hərbçinin həlak olması faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, vəzifəsini yerinə yetirərkən rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində rayonundan olan hərbçi Musazadə Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.

***

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Cəbrayıl rayonunda minaya düşərək həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib.

Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…