Operativ Məlumat Mərkəzi

Bu il 150 minə yaxın 4-cü sinif şagird qiymətləndirilmə monitorinqinə cəlb olunacaq

2 dəq
Paylaş:
Bu il 150 minə yaxın 4-cü sinif şagird qiymətləndirilmə monitorinqinə cəlb olunacaq

"Təhsilin keyfiyyəti ilə bağlı islahatlara başlanılıb. Təhsillə bağlı dövlət strategiyasında bununla əlaqəli də qeyd olunub".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur deyib.

Onun sözlərinə görə, məzmun baxımından islahatlara siniflərdən başlanılıb və proses iki istiqamətdə gedir: "Misal olaraq, sertifikasiya imtahanlarında ilk olaraq ibtidai müəllimlərinin biliyi yoxlanılır. Bundan başqa, keçən ildən etibarən 4-cü sinif şagirdlərinin biliyinin qiymətləndirilməsinə başlanılıb və sonrakı illərdə də davam edəcək. Müəyyən ara söhbətlərini aradan qaldırmaq üçün bu qiymətləndirmənin keçirilməsi önəmlidir".

E.Əliyev vurğulayıb ki, məktəblərdə əsasən oxuma sürətinə fikir verirdilər: "Bu da müsbət haldır, amma əsas məsələ oxuduqlarını anlamalarıdır. Oxuyub-anlama məktəbliyə verilməli olan ən vacib bacarıqdır. İyunun 10-da ölkə üzrə 4-cü sinif şagirdlərinin monitorinq qiymətləndirilməsi yenidən baş tutacaq. Bu il 150 minə yaxın 4-cü sinif şagirdə bu monitorinqə olunacaq. Növbəti mərhələdə şagirdlərin biliyinin qiymətləndirilməsinə dinləyib-anlama bacarığı da əlavə olunacaq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax