Operativ Məlumat Mərkəzi

”Bu hücumlar İsveç hakimiyyətinin tam biganəliyi fonunda baş verir”

2 dəq
Paylaş:
”Bu hücumlar İsveç hakimiyyətinin tam biganəliyi fonunda baş verir”

“Rusiyanın İsveçdəki nümayəndəliyinə növbəti PUA hücumu İsveç hakimiyyətinin tam biganəliyi fonunda baş verib, Moskva isə Stokholmdan Konvensiyası üzrə öhdəliklərin qeyd-şərtsiz yerinə yetirilməsini tələb edir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Dəfələrlə qeyd etdiyimiz kimi, İsveçdəki Rusiya mülkiyyət obyektlərinə guya naməlum dronlarla edilən bu cür sistematik xarakter daşıyır və İsveç hakimiyyətinin tam biganəliyi fonunda baş verir. Onlar ya bacarmırlar, ya da sadəcə olaraq təqsirkarları məsuliyyətə cəlb etmək istəmirlər”, – deyə diplomat bildirib.

“Biz öz tərəfimizdən, İsveç hakimiyyətinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Rusiya diplomatik nümayəndəliklərinin fiziki təhlükəsizliyinin və toxunulmazlığının təmin olunması üzrə qəbul edən tərəf kimi öhdəliklərinə ciddi riayət etməsində israr edirik”, – Zaxarova vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax