“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli sərəncamın birinci hissəsində dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Müşahidə Şurasının üzvü kimi göstərilən Mehman İsmayılovun adı Gündüz Əliyevinadı ilə əvəzlənib.
Beləliklə, Gündüz Əliyev Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Maliyyə xidmətləri və dövlət müəssisələri üzrə siyasət şöbəsini təmsil etməklə “AzerGold”un Müşahidə Şurasının tərkibinə daxil edilib.