Operativ Məlumat Mərkəzi

Borrell Səudiyyə Ərəbistanında Qəzza və Qırmızı dənizdəki vəziyyəti müzakirə edəcək

1 dəq
Paylaş:
Borrell Səudiyyə Ərəbistanında Qəzza və Qırmızı dənizdəki vəziyyəti müzakirə edəcək

Avropa İttifaqının (Aİ) xarici məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell HƏMAS-la İsrail arasında münaqişə və Qırmızı dənizdə gərginliyin artması ilə bağlı müzakirələr aparmaq üçün Səudiyyə Ərəbistanına yollanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidməti məlumat yayıb.

Bildirilib ki, Aİ rəsmisinin səfəri iki gün davam edəcək. O, səfər çərçivəsində Səudiyyə Ərəbistanının naziri Feysəl bin Fərhan Əl-Səud və Fars Körfəzi Şurasının Casim Məhəmməd Əl-Budayvi də daxil olmaqla, yüksək vəzifəli rəsmilərlə görüşəcək.

Xatırladaq ki, J.Borrell Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün yanvarın 5-6-da Livanda səfərdə olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax