Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

BMT və bir sıra Avropa ölkələri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

2 dəq
Paylaş:
BMT və bir sıra Avropa ölkələri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

-nin Azərbaycandakı nümayəndəliyi, həmçinin Slovakiya, Niderland, Belçika və səfirlikləri Azərbaycanı 28 May - Günü münasibətilə təbrik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, təbriklər diplomatik nümayəndəliklərin sosial şəbəkələrdəki səhifələrində dərc olunub.

BMT-nin Azərbaycandakı nümayəndəliyinin paylaşımında deyilir: "28 May - Müstəqillik Günü münasibətilə xalqını təbrik edirik!".

Slovakiyanın Bakıdakı səfirliyi Azərbaycana , firavanlıq və uğurlar arzulayıb.

"28 May münasibətilə Slovakiyanın Bakıdakı səfirliyi Azərbaycan xalqına sülh, firavanlıq və uğurlar arzulayır", - təbrikdə qeyd olunub.

Niderlandın Azərbaycandakı səfirliyi də ölkəni bayram münasibətilə təbrik edib: "Müstəqillik Gününüz mübarək, Azərbaycan! 28 May - Müstəqillik Günü münasibətilə Niderland Krallığının Azərbaycandakı səfirliyi Azərbaycan xalqına səmimi təbriklərini çatdırır".

Belçika səfirliyi Azərbaycan xalqının müstəqilliyini, milli mədəniyyətini və ənənələrini qorumaq əzmini vurğulayıb.

"Bu gün biz Azərbaycan xalqının müstəqilliyini, həmçinin özünəməxsus milli mədəniyyətini və ənənələrini qorumaq əzmini qeyd edirik. Azərbaycan xalqına sülh, firavanlıq və gələcək uğurlar arzulayırıq. Müstəqillik Gününüz mübarək!", - təbrikdə qeyd olunub.

Litva Azərbaycanı və onun xalqını bayram münasibətilə təbrik edib, iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha da çiçəklənməsi və möhkəmlənməsinə ümidini ifadə edib.

"Litva ölkələrimiz arasındakı dostluq münasibətlərini və əməkdaşlığı yüksək qiymətləndirir və tərəfdaşlığın, həmçinin xalqlar arasında əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edir", - paylaşımda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax