Əsas məzmuna keç

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Münasib Mehdiyev Samuxda dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Münasib Mehdiyev Samuxda dəfn olunub

vida mərasimindən sonra şəhidin nəşi Qovlarsan kənd qəbiristanlığında dəfn olunub. Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər, rayon icra hakimiyyətinin...

Birinci müharibəsində itkin düşən Münasib Namaz oğlunun meyitinin qalıqları Əsir və itkin , girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən müəyyən olunaraq Samux rayonunun kəndində ailəsinə təhvil verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, vida mərasimindən sonra şəhidin nəşi Qovlarsan kənd qəbiristanlığında dəfn olunub.

Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hərbi orkestrin ifası və yaylım atəşinin müşayiəti ilə şəhidin nəşinin qalıqları torpağa tapşırılıb.

Qeyd edək ki, Münasib Mehdiyev 1973-cü il avqustun 28-də Samux rayonunun Qovlarsan kəndində anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Həsənriz kəndi istiqamətində itkin düşmüş sayılırdı.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…