Əsas məzmuna keç

Samuxda 9 nəfər qarayara şübhəsi ilə izolyasiya edildi

Samuxda 9 nəfər qarayara şübhəsi ilə izolyasiya edildi

Samux rayonunda təhlükəli virus yayılması ehtimalı: Yoluxma riski olan vətəndaşlar tibbi nəzarətə götürülüb, heyvanlardan nümunələr götürülüb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə , Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd olunub.

Məlumata görə, rayonu üzrə qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib. Xəstəliyə şübhəli bilinən ilk şəxsdən götürülmüş müayinə materialının müayinəsi nəticəsində "qarayara xəstəliyi" diaqnozu təsdiq edilmişdir:

"Hazırda təmasda olan şəxslər müəyyənləşdirilmiş, tibbi müşahidəyə cəlb edilmiş və hər hansı dəri yarası olan şəxslərdən laborator müayinələrin aparılması üçün toplanılmışdır.

Xəstə heyvanla təmasda olan 9 nəfər aşkarlanaraq Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilmişdir. Xəstəliklə təmasda olan şəxslər əsasən Samux rayon sakinləridir. Sözügedən şəxslərdən laborator müayinə üçün nümunələr toplanmış və Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilmişdir".

Qeyd edilib ki, qarayara xəstəliyinin törədicisi torpaq mənşəlidir və xəstəliyə dünyanın hər yerində rast gəlinir.

"Qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir.

Xəstəliyin insandan insana ötürülməsi olduqca nadir hallarda baş verir. Xəstə heyvanın termik emal olunmuş ətinin və ondan hazırlanmış qidaların istehlakı qarayara xəstəliyinə yoluxmaya səbəb olmur.

Hazırda hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri epidemioloji tədbirlər həyata keçirilir. Əhali arasında yayılma müşahidə olunmur və vətəndaşların narahatlığına əsas yoxdur.

Vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla və şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur", - məlumatda vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…