Əsas məzmuna keç

Samuxda kütləvi zəhərlənmə olub

Samuxda kütləvi zəhərlənmə olub

Samux rayonunun mərkəzi xəstəxanasına yerləşdirilən çoxsaylı şəxslərin vəziyyəti necədir? Qida zəhərlənməsi şübhəsi ilə bağlı rəsmi açıqlama gəldi.

en ru

rayonunda qidadan olduğu ehtimal edilən kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, rayonun Alıuşağı kəndindən 5 nəfər Abbas Səhhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, həmin şəxslərin ət məhsulundan zəhərləndiyi ehtimal olunur. Zərərçəkənlərin Kəlbəcər, Daşkəsən və Gəncə şəhər sakinləri olduğu bildirilir.

Zəhərləndiyi iddia edilən Seymur (1984), Elçin Cabbarov (1986), Mehriban Orucova, (1975), Azər Allahverdiyev (1980), Məlahət Allahverdiyeva (1976) xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…