Əsas məzmuna keç

Goranboyda 3 nəfər balıqdan zəhərlənib, araşdırma aparılır

Goranboyda 3 nəfər balıqdan zəhərlənib, araşdırma aparılır

Goranboy rayonu, Nizami kəndində baş verən hadisə nəzarətdə saxlanılır. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qida Təhlükəsizliyi Agentliyindən...

rayonu, Nizami kəndində baş verən hadisə nəzarətdə saxlanılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, AQTA tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır: "Zərərçəkənlər ilkin izahatlarında bildiriblər ki, şəhərində fəaliyyət göstərən "Eldarado" mağazasından konservləşdirilmiş balıq alıblar. Ötən gün günorta saatlarında kartof puresi ilə qəbul ediblər. Bir-neçə saat sonra özlərini narahat hiss ediblər. Gəncə şəhəri A. adına xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Zərərçəkənlərin qəbul etdiyi qidalardan nümunələr götürülərək müayinə üçün laboratoriyaya təqdim edilib. Sınaq nəticələrinə əsasən hadisənin başvermə səbəbləri müəyyən ediləcək".

Dekabrın 29-da saat 18:20 radələrində 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…