Əsas məzmuna keç

Bakıda Azərbaycan və Belarus XİN başçılarının görüşü keçirilib - YENİLƏNİB

Bakıda Azərbaycan və Belarus XİN başçılarının görüşü keçirilib - YENİLƏNİB

görüşdə iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, sənaye, kənd təsərrüfatı və digər sahələrdə strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub....

Azərbaycanın və Belarusun nazirləri və Sergey Aleynik arasında geniş tərkibdə görüş keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadiyyat, , sənaye, kənd təsərrüfatı və digər sahələrdə strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub.

Bundan əlavə, ikitərəfli və çoxtərəfli gündəliyinin gücləndirilməsi təşəbbüsləri, regionda münaqişədən sonrakı vəziyyət, o cümlədən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

***

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Belarusun xarici işlər naziri Sergey Aleynik arasında görüş keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir Ceyhun Bayramov Xarici İşlər Nazirliyində (XİN) belaruslu həmkarı ilə görüşüb.

Hazırda nazirlərin görüşü təkbətək formatda keçirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…