Əsas məzmuna keç

Bakıda avtoxuliqanlıq edən xanım saxlanılıb

Bakıda avtoxuliqanlıq edən xanım saxlanılıb

Bakı Şəhərinin Səbail rayonunda edən xanım saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Şəhəri Dövlət İdarəsindən məlumat verilib.

Bakı şəhər DYP İdarəsindən verilən məlumata görə, “BMW” markalı, 90-XZ-012 dövlət nişanlı vasitəsinin sürücüsü qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə xanım sürücü 1 il sürücülük hüququndan məhrum edilməklə 750 manat məbləğində cərimə olunub.

Həmçinin sürücü avtomobili müvafiq etibarnamə olmadan, eləcə də mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində inzibati tədbir görülməklə avtomobil mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…