Əsas məzmuna keç

Bakı–Şamaxı yolunda sürət yarışı təşkil edən sürücülər saxlanılıb

Bakı–Şamaxı yolunda sürət yarışı təşkil edən sürücülər saxlanılıb

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yollarda sürət yarışlarının ciddi təhlükə yaratdığını xatırladıb və qanunvericilik çərçivəsində tədbirlərin davam etdiriləcəyini bildirib.

ru en

Bakı– avtomobil yolunda sürət təşkil edən iki sürücü polis tərəfindən saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət İdarəsi tərəfindən verilib.

Məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı dərhal araşdırma başlanıb. Təhlillər göstərib ki, 23 yanvar tarixində Bakı–Şamaxı yolunun 14-cü kilometrliyində X. Hümbətov idarə etdiyi “Chevrolet Cobalt” (90-YD-792) və R. Qədimov idarə etdiyi eyni markalı avtomobil (90-YH-208) ilə yol yarışına çıxıb. Yarış zamanı digər yol iştirakçıları üçün real təhlükə yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul əməkdaşları hər iki sürücünü saxlayaraq, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüb.

İdarə sürücülərə bir daha xəbərdarlıq edib: yollarda sürət yarışı və məsuliyyətsiz davranış ağır və geri dönməz nəticələrə səbəb ola bilər. qaydalarına əməl etmək hər bir sürücünün birbaşa məsuliyyətidir, və ictimai təhlükəsizliyi təhdid edən hallara qarşı gələcəkdə də sərt hüquqi tədbirlər tətbiq olunacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…