Operativ Məlumat Mərkəzi

Azərbaycanın Kahramanmaraşda 100 milyon dollarlıq tikinti işləri aparması ilə bağlı saziş təsdiqlənib

2 dəq
Paylaş:
Azərbaycanın Kahramanmaraşda 100 milyon dollarlıq tikinti işləri aparması ilə bağlı saziş təsdiqlənib

Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin zəlzələ nəticəsində böyük dağıntılara məruz qalan Kahramanmaraş vilayətində hökumətinin binaları və sosial infrastruktur obyektləri tikməsini nəzərdə tutan təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qərar “Rəsmi Gazete”də dərc olunub.

Sazişə əsasən, Azərbaycan Kahramanmaraşın bölgələrinin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikəcək.

Azərbaycan hökuməti layihənin reallaşması üçün 100 milyon ABŞ dolları ayıracaq.

sazişi çərçivəsində Türkiyənin Ətraf, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyinin Mənzil İnkişaf İdarəsi (TOKİ), Azərbaycandan isə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) icraçı qurum qismində iştirak edəcək.

MİDA və TOKİ məsul şəxslərindən ibarət İşçi qrup formalaşdırılacaq. Qrup layihəni müəyyənləşdirilmiş vaxt ərzində başa çatdırmaq və tikinti işlərinin həyata keçirilməsi zamanı yarana biləcək təşkilati və hüquqi problemleri ilkin olaraq aradan qaldırmaq məqsədilə birgə çalışacaq.

Tikinti və işçi layihələrini TOKİ hazırlayacaq.

Sənəd 2 il müddətinə qüvvədə qalacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax