Operativ Məlumat Mərkəzi

Azərbaycanda vəzifəli şəxs İŞİNDƏN AYRILIB - FOTO

2 dəq
Paylaş:
Azərbaycanda vəzifəli şəxs İŞİNDƏN AYRILIB - FOTO

Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin xidmətinin rəhbəri Anar Cəbrayıllı işdən çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, A.Cəbrayıllı bu barədə o, öz hesabında paylaşım edib.

O, çalışdığı müddətdə verilən dəstəyə görə minnətdarlığını bildirib:

"Su təsərrüfatı sahəsində fəaliyyətimə son verdim, Dövlət Su Ehtiyatları Agentliyi ilə yollarımız ayrıldı. Ötən 13 il yarımda çətin, çətin olduğu qədər də şərəfli və savab sayılan bir işlə məşğul oldum. Bu müddətdə tanıdığım və tanımadığım minlərlə insana yardımçı oldum. Kimliyindən asılı olmayaraq bütün müraciətlərə həssaslıqla yanaşdım, şənbə-bazar, bayram, məzuniyyət, iş və ya qeyri-iş vaxtı demədən hansısa müraciəti cavabsız qoymadım, dövlət müəssisəsinin əməkdaşı olaraq insanlara xidmətdən qürur duydum. Eyni zamanda mürəkkəb və çoxşahəli istehsalatla yaxından tanış oldum, hər bir sahəni öyrənməyə və xeyli təcrübə qazandım.
müddətdə verdiyiniz dəstəyə, göstərdiyniz səmimi münasibətə görə hər birinizə təşəkkürümü . Haqqınızı halal edin əziz dostlar, dəyərli həmkarlar! Qısamüddətli istirahətdən sonra yola davam..."

Qeyd edək ki, A.Cəbrayıllı bundan öncə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri olub.

Anar Cəbrayıllı vəzifəsindən ayrıldı - GlobalInfo.az

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax