Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, paylaşımda 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisələr zamanı həlak olan günahsız insanların əziz xatirəsi ehtiramla yad olunub.
“20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!” – deyə paylaşımda qeyd olunub.