Operativ Məlumat Mərkəzi

Azərbaycan XİN İrana başsağlığı verdi

1 dəq
Paylaş:
Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu burədə xarici siyasət idarəsinin hesabında qeyd olunub.

“İran İslam Respublikasının - şəhərindəki Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib.

Həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasına səmimi-qəlbdən ümid edirik”, – paylaşımda vurğulanıb.

Xatırladaq ki, İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayışda 20-yə yaxın insan ölüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax